Şriftin ölçüsü:

Saytın rəngi:

23.07.2024 / Bölgə xəbərləri

Zaqatalada milli dövlətçiliyin möhkəmlənməsində Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərin rolu müzakirə edilib

İyulun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala regional bölməsi, Zaqatala Rayon İcra Hakimiyyəti və TƏBİB-in tabeliyində fəaliyyət göstərən Zaqatala Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə “Milli dövlətçiliyin möhkəmlənməsində Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərin rolu”  mövzusunda  seminar keçirilib.

Seminarda DQİDK-nın Zaqatala regional bölməsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Zaqatala RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Zaqatala Rayon Polis şöbəsinin əməkdaşı polis mayoru Fərid Hüseynov, xəstəxananın direktor müavini Emil Rüstəmov, həkimlər və orta tibb işçiləri iştirak edib.

Çıxışlar zamanı milli dövlətçiliyin, milli kimliyimizin formalaşmasında və möhkəmlənməsində Azərbaycançılıq ideologiyasının, mənəvi dəyərlərin roluna toxunulub. Azərbaycanın müasir tarixində Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xalqımızın zəngin mənəvi dəyərlərinin qorunub saxlanılması və onların yaşadılması istiqamətində apardığı çoxşaxəli işlərdən danışılıb.