Şriftin ölçüsü:

Saytın rəngi:

18.09.2024 / Bölgə xəbərləri

Yevlaxda maarifləndirmə tədbiri keçirilib

Sentyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsinin və Yevlax Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Narkomanlığa qarşı mübarizədə dini və milli-mənəvi dəyərlərin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin əməkdaşı Valeh Rəşidov, müvafiq qurumların əməkdaşları, din xadimləri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın icrası istiqamətində ölkəmizdə, o cümlədən Yevlaxda görülən işlərdən, bu sahədə qarşıda duran vəzifələrdən danışıblar.

Çıxışlarda, həmçinin gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunmasının zəruriliyi vurğulanaraq, onların milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə edilməsinin vacibliyi diqqətə çatdırılıb.