Şriftin ölçüsü:

Saytın rəngi:

13.09.2024 / Bölgə xəbərləri

“Yaşıl gələcək naminə” aksiyası Salyan, Neftçala və Biləsuvar rayonlarında davam etdirilib

Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyası davam etdirilir.

Aksiya çərçivəsində sentyabrın 13-də Salyan, Neftçala və Biləsuvar rayonlarında yerləşən dini ibadət yerlərinin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağac, gül kolları əkilib. Aksiyada din xadimləri, dini icma üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, müxtəlif konfessiyalara mənsub dini icma üzvlərini ümummilli məsələ ətrafında birləşdirmək, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək məqsədi daşıyan aksiya müxtəlif bölgələri əhatə edir.