Şriftin ölçüsü:

Saytın rəngi:

18.09.2024 / Bölgə xəbərləri

Yardımlıda “Mənəvi dəyərlərimiz: sülh və humanizmə baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsinin təşkilatçılığı ilə Yardımlı şəhər V. Nəciyev adına 4 nömrəli tam orta məktəbində “Mənəvi dəyərlərimiz: sülh və humanizmə baxış” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı regional bölməsinin əməkdaşı Pərvin İmanov,  Lənkaran-Astara Regional Gənclər və İdman İdarəsinin Yardımlı rayonu üzrə sektor müdiri Şəhriyar Şabıyev, Yardımlı şəhər V. Nəciyev adına 4 nömrəli tam orta məktəbin müəllimi Şamxal Xamıyev, gənclər və məktəblilər iştirak ediblər.

Çıxışlarda qeyd edilib ki, Azərbaycanda milli mənəvi dəyərlər həmişə diqqət mərkəzində olub, bütün dinlərə hörmət göstərilir, qarşılıqlı münasibətlər yüksək səviyyədədir. Milli-mənəvi dəyərlərin tərkib hissəsi olan islami dəyərlərə xüsusilə hörmətlə yanaşılıb. Natiqlər ölkəmizdə dövlət-din münasibətlərindən danışaraq vurğulayıblar ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli mənəvi dəyərlərinə qayıdış sürətlənib.  Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdə mühüm xidmətlərini qeyd edilib və hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində həyata keçirdiyi işlərdən danışılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.