Şriftin ölçüsü:
Saytın rəngi:
Yanvarın 18-də Ucar şəhər 1 saylı liseydə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK ) Göyçay bölgəsi üzrə şöbəsi, Ucar Rayon İcra Hakimiyyəti (RİH), rayon Polis Şöbəsi (RPŞ) və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmə və insan alverinə qarşı mübarizə" mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, müvafiq qurumlarların nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Dini radikalizmə və insan alverinə qarşı mübarizə istiqamətində görülən işlərdən bəhs olunub.
Tədbir müzakirələrlə davam edib.