Şriftin ölçüsü:

Saytın rəngi:

10.04.2025 / Bölgə xəbərləri

Sumqayıtda yerləşən hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Aprelin 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə Sumqayıtda yerləşən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində "Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyllərinin yaratdığı problemlər" mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin əməkdaşları Təbib Məmmədov, Əlizamin Şıxəliyev, Sumqayıt şəhər “Ceyhun xanım və Hacı Əhməd” məscidinin imamı Ziyad Hüseynov, “N” saylı hərbi hissənin zabit heyəti və hərbçilər iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Hərbi hissələrdə mütəmadi bu cür tədbirlərin təşkil olunduğu diqqətə çatdırılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.