Şriftin ölçüsü:
Saytın rəngi:
Aprelin 9-da Siyəzən rayon Səbuhi Zeynalov adına Böyük Həmyə kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba-Xaçmaz regional bölməsi və Siyəzən rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Radikal dini ideologiyaların qarşısının alınmasında maarifləndirmənin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba-Xaçmaz regional bölməsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Böyük Həmyə bələdiyyəsinin sədri Eyyam Əsgərov, müəllimlər və məktəblilər iştirak ediblər.
Dini radikalizm və onun fəsadları, cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri barədə ətraflı məlumat verilib. Radikalizmin qarşısının alınmasında maarifləndirmənin önəmi xüsusi qeyd edilib. Milli-mənəvi və dini dəyərlərimizin qorunması, eləcədə vətənpərvərlik prinsiplərinin təbliğində cəmiyyətin, xüsusilə gənclərin üzərinə düşən mühüm vəzifələr barəsində geniş fikir mübadiləsi aparılıb.