Şriftin ölçüsü:
Saytın rəngi:
Aprelin 17-də Şirvan şəhər Mərkəzi Kitabxanasında "Dini radikalizmə qarşı konstitusional hüquqi mexanizmlər" mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölmənin müdiri vəzifəsini icra edən Sənan Xəlilov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rafael Nəsirov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin məsul əməkdaşı Kəmalə Quliyeva, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxışlarda tədbirin “Konstitusiya və Suverenlik ili” çərçivəsində keçirildiyi diqqət çatıdırlıb. Ölkəmizdə dini radikalizmə qarşı mübarizə istiqamətində görülən işlərdən danışılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.