Şriftin ölçüsü:

Saytın rəngi:

27.06.2024 / Bölgə xəbərləri

Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq regionlarda silsilə tədbirlər keçirilib

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq regionlarda silsilə tədbirlər keçirilir.

İyunun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə “Vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi və dini dəyərlərin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Şahmar Verdiyev, din xadimi Əsəd Seyidov və hərbi hissənin şəxsi heyəti iştirak ediblər.

***

İyunun 25-də Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə “Dini ekstremizmlə mübarizədə hərbi qulluqçuların yeri və rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin müdiri Həsən Məmmədov, din xadimi İsgəndər Məmmədov, hərbi qulluqçular və şəxsi heyət iştirak ediblər.

***

İyunun 25-də Bərdə "ASAN" xidmət mərkəzində “Zəfər zirvəsini fəth edən şanlı Ordu” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Məhəmməd Rəşidov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Bərdə rayon şöbəsinin sədri Etibar Hüseynova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon Şöbəsinin əməkdaşı Əziz Məmmədov, mərkəzinin direktoru İlahə Quliyeva, eləcə də gənclər iştirak ediblər.

***

İyun ayının 25-də Masallı rayonunun Qəriblər kəndində “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür”  mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin bölgə şöbəsinin müdiri Elvin Hüseynli, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Nurlan Muradov, Ombudsmanın Cənub Regional Mərkəzinin direktoru Ziya İsmayılov, Rəhim Tağıyev adına rayon Tarix- Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva şəhid ailələri, qazilər, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

***

İyunun 27-də Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə “Dini ekstremizmlə mübarizədə hərbi qulluqçuların yeri və rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Abbaslı, hərbi hissənin komandiri Elvin Cəfərov, din xadimi Səbuhi İbadov, hərbi qulluqçular iştirak ediblər.

 

Çıxışlarda vurğulanıb ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradılıb. O da qeyd edilib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı Şanlı Qələbə Azərbaycan tarixində mühüm izlər qoydu. Bu gün üçrəngli bayrağımız Qarabağda və Şərqi Zənəgurda dalğalanaqmdadır.