Mayın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şəki rayonu Dərəcənnət kənd orta məktəbində Suçma kənd məscidi dini icmasının icra etdiyi “İslam dinində mövhumata və xurafata yer yoxdur” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, şöbənin əməkdaşı Taleh Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, Şəki rayon Suçma kənd məscidi dini icmasının sədri Məftun Cəbiyev, məktəbin direktoru Daşdəmir Musazadə, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icmanın sədri Məftun Cəbiyev dini icma tərəfindən həyata keçirilən layihə haqqında məlumat verib və mövzunun əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev ölkədə dini sahədə həyata keçirilən geniş maarifləndirmə işləri haqqında məlumat verib. Şöbə müdiri çıxışında dini radikalizmlə mübarizə məsələsinə toxunaraq bildirib ki, cəmiyyətdə radikal dindarların artmasına rəvac verən amillərdən biri də din adı ilə əlaqələndilən xurafat və mövhumatçılığın mövcud olmasıdır.
QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov qeyd edib ki, İslam dini hər zaman mövhumatçılığın və xurafatın əleyhinə olub və insanları buna qarşı mübarizəyə səsləyir. Ona görə də bu kimi mənfi halların İslam dini ilə əlaqələndirilməsi yanlışdır.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.