Şriftin ölçüsü:
Saytın rəngi:
Aprelin 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsi, Samux Rayon İcra Hakimiyyəti (RİH) və Rayon Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə “Radikal ideologiyalara qarşı dini-mənəvi immunitetin gücləndirilməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Rövşən Hacıyev, Samux RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Emin Şəmmədov, Rayon Gənclər və İdman Sektorunun müdiri Rasim İmamquliyev, müəllimlər və məktəblilər iştirak ediblər.
Çıxışlarda bu gün dünyanı narahat edən dini radikalizmdən və onun fəsadlarından bəhs olunub. Həmçinin dini radikalizmə qarşı mübarizədə maarifçiliyin əsas silah olduğu diqqətə çatdırılıb.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub.