Şriftin ölçüsü:
Saytın rəngi:
Bölgələrdə maarifləndirmə istiqamətində tədbirlər davam etdirilir.
İyulun 1-də Saatlı rayonunda “Dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva, rayon Təhsil sektorunun müdiri Günay Sultanova, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
İyulun 2-də Samux rayonunda “Gənclərimizi sağlam həyata yönəldək, radikal dini təsirlərdən qoruyaq” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Samux şəhər “Hz. Əbəlfəzl Abbas” məscidinin imamı İlham Məmmədov və rayon mədəniyyət mərkəzinin əməkdaşları iştirak ediblər.
Çıxışlarda bu gün dünyanı narahat edən dini radikalizmdən və onun fəsadlarından ətraflı danışılıb. Vurğulanıb ki, yeniyetmə və gənclərin dini radikalizm və ekstremizm təsirlərindən uzaq, milli-mənəvi dəyərlərimizə sadiq ruhda yetişdirilmələri günün ümdə vəzifələrindəndir.
Çıxışlarda radikalizmə və ekstremizmə qarşı mübarizədə maarifçiliyin əsas silah olduğu diqqətə çatdırılıb.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.