Şriftin ölçüsü:

Saytın rəngi:

19.07.2024 / Bölgə xəbərləri

Salyanda maarifləndirmə tədbiri keçirilib

İyulun 19-da “Sağlam həyat naminə erkən nikaha yox deyək” və “Qan qohumları arasında nikah və onun fəsadları” mövzularında Salyan rayon Diyarşünaslıq Muzeyində maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin əməkdaşı Ülvi Zeynallı, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Məhərrəm Məmmədov, müvafiq qurumların, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər. 

Çıxışlarda mövzuların aktuallığından bəhs olunub. Erkən nikahın, qan qohumları arasında evliliyin gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlərdən və bu sosial problemin həll yollarından danışılıb.

Tədbir müzakirələrlə davam edib.