Şriftin ölçüsü:
Saytın rəngi:
İyulun 3-də Qusar rayonunda yerləşən hərbi hissədə “Dini ekstremizmə qarşı mübarizədə hərbi qulluqçuların rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Elnur Ağasiyev, şöbənin əməkdaşı Mehman Məmmədov, eləcə də hərbi hissənin şəxsi heyəti iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizm anlayışı, dini ekstremizmin yaranmasının səbəbləri və onun ağır fəsadları barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, dini radikalizmin ən təhlükəli forması dini ekstremizmdir. Eyni zamanda dini ekstremizmə qarşı mübarizədə hərbi qulluqçuların rolundan da bəhs olunub.
Sonda DQİDK-nin sifarişi ilə ərsəyə gələn, dini radikalizm və ekstremizmin mahiyyətindən bəhs edən sənədli film nümayiş olunub.