Şriftin ölçüsü:
Saytın rəngi:
Aprelin 23-də Qusar rayonunun İmamqulukənd kəndində “Möhkəm ailə münasibətlərinin əsası: gender bərabərliyi və qarşılıqlı hörmət” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşı Kamran Sədullayev, müəllimlər, məktəblilər və ictimiayyət nümayənədləri iştirak ediblər.
Böyük mənəvi ideoloji dəyəri olan ailə məfhumunun zəngin ənənələrə malik ölkəmizdə diqqətdə saxlanıldığını vurğulayan natiqlər Azərbaycan cəmiyyətində ailəyə verilən dəyərlərdən danışıblar. Ailə ənənələrinə, milli-mənəvi dəyərlərimizə sədaqətin, uşaqların müasir səviyyədə tərbiyəsinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Azərbaycan cəmiyyətində ailəyə verilən dəyərdən və ailə məsələləri ilə bağlı həssaslıqdan, ənənələrə sadiqlikdən, eyni zamanda, yeni tendensiyalardan danışılıb.