Şriftin ölçüsü:
Saytın rəngi:
Quba rayonunda yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər. Azadlıq və bahar mənasını verən Pesax bayramı dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədə 8 gün davam edir.
Bayram günlərində müxtəlif dini ayinlər icra olunur. Bu günlərdə dağ yəhudiləri səhər və axşam saatlarında sinaqoqa gedib ibadət edirlər.
Pesax yəhudilərin ən mühüm bayramlarından biridir. Tarixi mənbələrdə bildirilir ki, 3 min 500 il əvvəl Misir fironunun zülmündən xilas olan yəhudilər 8 gün Tanrıya dua ediblər. Sonralar yəhudilər baharın gəlişi ilə eyni vaxtda azadlığın əldə olunmasını bayram kimi qeyd etməyə başlayıblar.