Şriftin ölçüsü:
Saytın rəngi:
Aprelin 15-də Qubada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi, Quba Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Suverenliyin qorunmasında dini-mənəvi həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib.
Püstəqasım kəndində baş tutan tədbirdə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdir müavini Elnur Ağasiyev, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı, bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlanıb.
Çıxışlarda qeyd olunub ki, tədbir Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Prezidentin Sərəncamına uyğun olaraq keçirilir. Eyni zamanda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edildiyi diqqətə çatdırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.