Şriftin ölçüsü:
Saytın rəngi:
İyulun 10-da Quba rayonu Zərqava kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Quba Rayon İcra Hakimiyyətinin (RİH) və İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizm: hüquqi və mənəvi fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Quba-Xaçmaz regional bölməsinin müdir müavini Elnur Ağasiyev, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, müvafiq qurumların əməkdaşları, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizm, ekstremizm və onların mahiyyəti barədə məlumat verilib. Yeniyetmə və gənclərin kənar təsirlərdən, yad dini ideologiyalardan və zərərli vərdişlərdən qorunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib. Natiqlər, eyni zamanda xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar. Gənclərimizin zəngin milli-mənəvi dəyərlərimiz əsasında və vətənpərvərlik ruhunda formalaşmasının əhəmiyyətinə toxunublar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.