Şriftin ölçüsü:
Saytın rəngi:
Regionlarda 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlər keçirilib.
İyunun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə DQİDK-nın bölgə şöbəsinin müdiri Ramin Xudayev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri Fəryaddin Rəhimxanov və Anar Eyyubov, Quba və Qusar rayonlarında fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri iştirak ediblər.
***
İyunun 13-də Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə həsr olunmuş tədbir keçirilib. Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Abbaslı, hərbi hissə komandirinin müavini Elnur Əhmədli, din xadimi Səbuhi İbadov, eləcə də hərbi qulluqçular iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başladı.
Tədbirlər müzakirələrlə davam edib.