Şriftin ölçüsü:
Saytın rəngi:
Sentyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin təşkilatçılığı ilə Qəbələ rayonunun Nic qəsəbəsi Abdallı məhəllə məscidində “Tolerantlıq sülhün və birgəyaşayışın təməlidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə öncə Vətənimizin azadlığı və bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Komitəsinin Şəki regional bölməsinin baş məsləhətçisi Pərvin İsmayılov, din xadimləri, dini icma sədrlərinin iştirak etdikləri tədbirdə ölkəmizdə müxtəlif millətlərin və dinlərin nümaydələrinin yaşadığı bildirilib. Qeyd edilib ki, Azərbaycanda tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində kifayət qədər tədbirlər həyata keçirilir. Sülhsevər ölkəmiz son on ildə bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlara ev sahibliyi edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.