Şriftin ölçüsü:

Saytın rəngi:

16.01.2024 / Bölgə xəbərləri

Qax, Xaçmaz və Saatlıda din xadimlərinin hesabatları dinlənilib

Yanvarın 16-da Xaçmaz şəhəri “Təzə şəhər” məscidində  din xadimlərinin 2023-cü ildə fəaliyyəti və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Elnur Ağasiyev, Qafqaz Müsəlmanları İdarəsinin Xaçmaz rayonu üzrə səlahiyyətli nümayəndəsi Yaşar Rzayev, rayonun din xadimləri iştirak ediblər.

***

Daha bir tədbir yanvarın 16-da Saatlı rayonunda DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Mehriban Ağayeva, dini icma sədrləri və din xadimlərinin iştirakı ilə baş tutub. 

***

Yanvarın 16-da Qax rayonunda isə “2023-cü ilin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” mövzusu müzakirə olunub. Tədbirdə Dövlət Komitəsinin bölgə şöbəsinin müdiri İlqar Vəliyev, Qax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nəzirməhəmməd Nəsirov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Əsgərov, dini icma sədrləri, həmçinin din xadimləri iştirak ediblər.

 

Qax, Xaçmaz və Saatlı rayonlarının din xadimlərinin, eləcə də dini icma sədrlərinin 2023-cü ilin yekunlarına dair hesabatı dinlənilib. Cari ildə görüləcək işlərlə bağlı din xadimlərinə və dini icma sədrlərinə müvafiq tapşırıq və tövsiyələr verilib. 

Hər üç tədbir müzakirələrlə davam edib.