Şriftin ölçüsü:
Saytın rəngi:
Aprelin 16-da Qaradağ Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin birgə təşkilatçılığı ilə 288 nömrəli tam orta məktəbdə “Milli və dini həmrəylik” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdir müavini Firuddin Hüseynov, Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları - Elşən Quluzadə və Fərid Novruzov, din xadimləri və müəllimlər iştirak ediblər.
Çıxış edənlər mövzunun əhəmiyyətindən bəhs ediblər. Qeyd edilib ki, hər bir Azərbaycan vətəndaşı 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin ətrafında “dəmir yumruq” kimi birləşərək həmrəylik nümayiş etdirdi.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.