Şriftin ölçüsü:

Saytın rəngi:

19.09.2024 / Bölgə xəbərləri

Qaradağ rayonunda 21 sentyabr — “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbir keçirilib

Sentyabrın 19-da Dini Qurumarla İş üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Yaşıl Dünya naminə Həmrəylik İli” çərçivəsində 21 sentyabr — “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Gənclər və İdman Nazirliyinin Qaradağ rayon sektorunun müdiri Elçin Abbasov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının nümayəndələri Firudin Hüseynov, Ruslan İsmayılov, Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları Nuru İmanov və Elşən Quluzadə, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Maqsud Heydərov və Lökbatan qəsəbə məscidinin imamı Faiq Əhmədov iştirak ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycanın sülhsevər ölkə kimi bir çox beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməsini, eyni zamanda multikulturalizm və tolerantlıq mövzularında beynəlxalq konfransların məhz ölkəmizdə keçirilməsini diqqətə çatdıraraq qeyd ediblər ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan və 2020-ci il noyabrın 10-da imzalanmış Birgə Bəyanatla başa çatan Vətən müharibəsinin nəticələri regionda real sülhün bərqərar olması üçün fundamental əsaslar yaradıb.

Eyni zamanda qeyd edilib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın qəbul olunması beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının təzahürüdür.