Şriftin ölçüsü:

Saytın rəngi:

10.04.2025 / Bölgə xəbərləri

Oğuzda məktəblilərin iştirakı ilə dini radikalizm mövzusu müzakirə olunub

Aprelin 10-da Oğuz rayonu M.Kərimov adına Bayan kənd tam orta məktəbində “Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin məsləhətçisi Samir Salehov, müəllimlər və məktəblilər iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Bu sahədə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Ölkəmizdə dini radikalizmlə mübarizə istiqamətində görülən işlərdən danışılıb.