Şriftin ölçüsü:

Saytın rəngi:

27.05.2017 / Bölgə xəbərləri

Lənkəranda Ramazan ayının başlanması münasibətilə tədbir keçirilib

Mayın 26-da Lənkəran Şəhər İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Ramazan ayının başlanması ilə əlaqədar olaraq tədbir keçirilib.
Tədbirdə Lənkəran ŞİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, QMİ-nin bölgə qazısı, Lənkəran şəhər Böyük bazar məscidinin axundu və icma sədri Qəni Axundzadə, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Tədbiri QMİ-nin bölgə qazısı, icma sədri Qəni Axundzadə açaraq QMİ-nin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin tapşırıq və tövsiyələrini dini icma sədrləri və din xadimlərinə çatdırıb, tədbir iştirakçılarına QMİ-nin Qazılar Şurasının fətvasını oxuyub.
Lənkəran ŞİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı Ramazan ayının başlanması münasibəti ilə dindarları təbrik edib. A.İmanlı ölkəmizdə dövlət-din münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu, dövlətin hər zaman dinə və dindarlara qayğı göstərdiyini vurğulayıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov Ramazan ayında azan vaxtlarının QMİ-nin tərtib etdiyi təqvimə uyğun olaraq verilməsinin və dini ayin və mərasimlərin qanunvericilik çərçivəsində yerinə yetirilməsinin vacibliyini qeyd edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və QMİ-nin Ramazan ayı üçün  hazırladığı təqvimlər paylanılıb.