Şriftin ölçüsü:
Saytın rəngi:
Sentyabrın 17-də İsmayıllı şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Sülh Aylığı” çərçivəsində “Mənəvi dəyərlərimiz: sülh və humanizmə baxış” mövzusunda tədbir keçirilib.
Tədbirdə İsmayıllı RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nəsimi Teymurov, DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov, Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndələri Qaya Xalıqov və Vasif Teymurov, İsmayıllı şəhər (2) məscidinin imamı Röya Balayev, eləcə də dini icma sədrləri, dini icma üzvləri və din xadimləri iştirak ediblər.
Öncə Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan “Bəşəri dəyərlər - sülhə çağırış” adlı videoçarx nümayiş etdirilib.
Natiqlər Azərbaycanda milli-mənəvi dəyərlərimiz və bu dəyərlərin qorunub yaşadılması sahəsində görülən işlər barədə danışıblar. Çıxışlarda son illər respublikamızda milli-mənəvi dəyərlərimizin təbliği və inkişafı istiqamətində bir çox uğurlu işlərin həyata keçirildiyi vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.