Şriftin ölçüsü:
Saytın rəngi:
Aprelin 22-də İsmayıllı Dövlət PeşəTəhsil Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsi, Rayon İcra Hakimiyyəti və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Ailə dəyərləri: cəmiyyətin təməli və gələcəyin təminatı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov, Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəhruz Xələfov, Mərkəzin direktor müavini Sona Orucova, İsmayıllı şəhəri “Məhəmmədiyyə” məscidinin imamı Faiq Soltanov, müəllimlər və tələbələr iştirak ediblər.
Çıxışlarda Azərbaycanda ailə dəyərləri, ailə institutunun formalaşması və qorunub saxlanılmasında milli-mənəvi dəyərlərin əhəmiyyəti barədə danışılıb. Qeyd olunub ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb.
Tədbir müzakirələrlə davam etdirilib.