Şriftin ölçüsü:

Saytın rəngi:

17.09.2024 / Bölgə xəbərləri

İmişlidə dini radikalizm mövzusu müzakirə olunub

Sentyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, İmişli Rayon İcra Hakimiyyəti və Regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə “Sülh Aylığı" çərçivəsində "Dini radikalizm və ekstremizmin təhlükələri” mövzusunda tədbir keçirilib. 

Keçirilən tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Bəhrəm Abbaslı, Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Şamxal İmanov, İmişli şəhər “Cümə” məscidinin imam müavini Nurəddin İsmayılov və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Çıxış edən natiqlər bu cür tədbirlərin əhəmiyyətini vurğulayıblar. Radikal dini qruplaşmalara və qeyri-ənənəvi dini cərəyanlara qarşı mübarizədə maariflənmənin vacibliyini qeyd ediblər. O da bildirilib ki, Azərbaycanda dini durum sabitdir, milli və dini ayrı-seçkilik halları yaşanmır.