Şriftin ölçüsü:
Saytın rəngi:
Yanvar ayının 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Göygöl şəhəri E.Vəliyev adına 5 nömrəli tam orta məktəbində “Yeniyetmə və gənclərin dini radikalizmə qarşı mübarizədə rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Orxan Seyidov, Göygöl şəhər “Heydər” məscidinin imamı Dəyanət Axundov, müəllimlərin və şagirdlərin iştirakı ilə keçirilib.
Çıxışlar zamanı dini radikalizm, xurafatla mübarizədə təhsilin önəmindən danışılıb. Yeniyetmə və gənclərin kənar təsirlərdən, yad dini ideologiyalardan qorunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub.