Mayın 30-da “İslam Həmrəyliyi İli” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi və Şəki Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “Mən İslam dini haqqında nələri bilirəm? Mənim fikrimcə əsl müsəlman necə olmalıdır” mövzusunda keçirilən inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbirdə kollecin direktoru Sərdar Şərifov, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, kollecin müəllim və tələbə kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru Sərdar Şərifov Şəki Dövlət Regional Kollecinin milli-mənəvi dəyərlərimizin qorunması və təşviqi istiqamətindəki fəaliyyəti barədə məlumat verib.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev gənclərin düzgün dini bilgilərlə maarifləndirilməsində bu kimi müsabiqələrin keçirilməsinin əhəmiyyətinə toxunub.
Tədbirin sonunda inşa müsabiqəsində fərqlənən tələbələr Nuranə Dəmirova, Şəhla Qəhrəmanova və Şahnaz Əmrahova DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsi və kollec tərəfindən fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.