Şriftin ölçüsü:

Saytın rəngi:

09.04.2025 / Bölgə xəbərləri

Cəlilabadda müəllimlərin və şagirdlərin iştirakı ilə tədbir baş tutub

Aprel 9-da Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbində “Aprel döyüşləri: Böyük Zəfərin başlanğıcı” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı regional bölməsinin əməkdaşı Həsən Hümbətov, Regional Gənclər və İdman və Təhsil idarələrinin əməkdaşları - Salamat Nəcəfov, Tacəddin Əli, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlarda ölkə gənclərində Vətən, torpaq sevgisinin, müstəqillik ruhunun yüksək olduğu vurğulanıb. Məktəblərdə keçirilən bu cür maarifləndirici tədbirlərin şagirdlərin dünyagörüşünün formalaşmasında, vətəndaşlıq tərbiyəsində mühüm rol oynadığını diqqətə çatdırılıb.  Aprel döyüşlərinin dövlətimizin, ordumuzun gücünü göstərən şanlı tarixi qələbə olduğu deyilib, bu qələbə Azərbaycan Ordusunun düşmən üzərində qazanılan böyük Zəfərinin başlanğıcı kimi dəyərləndirilib.