Şriftin ölçüsü:
Saytın rəngi:
İyulun 5-də Qobustanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DİQDK) Şamaxı bölgəsi üzrə şöbəsi, Qobustan Rayon İcra Hakimiyyəti (RİH) və Rayon Polis şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə qarşı mübarizədə dini icmaların rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Nahid Babaşov, RPŞ-nin əməkdaşı Nicat Əlverdiyev, din xadimləri və icma sədrləri iştirak ediblər.
*** *** ***
İyulun 9-da Zaqatala rayonunda “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və fəsadları” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Ramin Həsənov, rayon Mədəniyyət Mərkəzinin direktoru Aybəniz Heydərova, eləcə də mədəniyyət işçiləri iştirak ediblər.
Çıxışlarda dini radikalizm və fanatizmə, eləcə də zərərli vərdişlərə qarşı mübarizə istiqamətində görülən işlərdən danışılıb. Bu istiqamətdə din xadimlərinin, həmçinin dini icmaların rolu xüsusilə vurğulanıb.