Şriftin ölçüsü:
Saytın rəngi:
Sentyabrın 13-də Balakən rayonu Şambul kənd məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala regional bölməsi, Balakən Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin rayon qazılığının birgə təşkilatçılığı ilə “Dini fanatizmə İslamda yer yoxdur!” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Şambul kənd məscidinin imam müavini Əli Çixinov, dini icma sədri Ömər Ömərov, dini icma üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda dini fanatizm, radikalizm və ekstremizmin yaratdığı fəsadlar və onların təhlükəsi haqqında ətraflı məlumat verilib. O da qeyd edilib ki, hər bir cəmiyyətin inkişafında, dünyagörüşündə, davranışnda və fəaliyyətində din tarixi hadisə kimi çox böyük rol oynayır. Din insan mənəviyyatının əsasında durmaqla yanaşı, sosial münasibətlərin tənzimlənməsində də, xüsusi rola malikdir. Dini fanatizm, radikalizm və ekstremizm cəmiyyəti, dövləti sarsıdan, onun inkişafına ciddi mane olan prosesdir.
Tədbir qarşılıqlı diskusiya və iştirakçıların suallarının cavablandırılması ilə sona çatıb.