Şriftin ölçüsü:

Saytın rəngi:

17.04.2025 / Bölgə xəbərləri

Astarada “Radikal dini cərəyanların gənclərə təsiri: Necə qorunmalı?” mövzusunda tədbir keçirilib

Aprelin 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Radikal dini cərəyanların gənclərə təsiri: Necə qorunmalı?” mövzusunda tədbir keçirilib.
Astara şəhəri 1 saylı tam orta məktəbində baş tutan tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin əməkdaşları Səyyad Babakişiyev, Famil Talıbov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlarda dini radikalizm, ekstremizm və onların mahiyyəti, gənclərə psixoloji təsir üsulları barədə məlumat verilib. Yeniyetmə və gənclərin radikal dini təsirlərdən qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib.