Şriftin ölçüsü:
Saytın rəngi:
Aprelin 10-da Ağdaş rayonunda "Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiyada din azadlığı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax regional bölməsinin əməkdaşı Asif Ədilov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Səbuhi Musayev, Azərbaycan Yazıçılar Birliyinin Ağdaş rayon bölməsinin sədri Fəxrəddin Əsəd, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyi diqqətə çatdırılıb. Bu istiqamətdə regionlarda silsilə maarifləndirmə tədbirlərinin keçirildiyi vurğulanıb. Qeyd edilib ki, hər bir vətəndaşın vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi Konstitusiyada müəyyən edilib. Ali qanunda göstərir ki, bütün dini etiqadlar qanun qarşısında bərabərdir.