Şriftin ölçüsü:
Saytın rəngi:
Aprelin 9-da Müdafiə Nazirliyinin Abşeron rayonunda yerləşən “N” saylı hərbi hissəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycan dövlətçiliyi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin əməkdaşları - Namiq Musayev, Təbib Məmmədov, Sumqayıt şəhər “Ceyhun xanım və Hacı Əhməd” məscidinin imamı Ziyad Hüseynov, hərbi hissənin ideoloji iş və mənəvi-psixoloji təminat bölməsinin komandir müavini Zeyqəm Süleymanov və hərbçilər iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, müstəqilliyimizin və dövlətçiliyimizin qorunub saxlanılması Ulu Öndərin adı ilə bağlıdır. Tarix 20-ci əsrdə Azərbaycan xalqına Heydər Əliyevin timsalında dahi rəhbər və müdrik dövlət xadimi bəxş etdi. Vurğulanıb ki, Ümummilli Liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizin qorunub möhkəmlənməsində müstəsna rol oynadı. Hazırkı müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyev dühasının, onun misilsiz xidmətlərinin bəhrəsidir.