Şriftin ölçüsü:
Saytın rəngi:
Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Respublikamızda mövcud olan bu müxtəliflik bizim zənginliyimiz, milli sərvətimizdir. Prezident İlham Əliyevin dediyi kimi, biz bu milli sərvəti qorumalı və gələcək nəsillərə aşılamalıyıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov Bakıda keçirilən "Dinlərarası harmoniya" festivalında bildirib.
Bu festivalı rahat birgəyaşayışın, multikulturalizmin nümunəsi hesab edən Komitə sədrinin müavini deyib: “Bu gün iştirakçılarımız bu tədbirə qatılmaqla bizimlə birlikdə olduqlarını nümayiş etdirdilər. Bu isə ölkədə milli dini həmrəyliyin hansı səviyyədə olduğunu göstərdi. Çalışacağıq ki, bu festivallar davamlı olsun və respublikamızın müxtəlif bölgələrində keçirilsin”.