Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Açıqlama
15.04.2022 / Açıqlama

Sədr müavini Səyavuş Heydərov: "Azərbaycanda vicdan azadlığı yüksək səviyyədə təmin edilir"

Azərbaycanda vicdan azadlığı yüksək səviyyədə təmin edilməklə, bütün dini konfessiyalara bərabərhüquqlu münasibət göstərilir. Hər kəs dini inancına görə sərbəstdir. Bu, bizim dövlət-din münasibətlərinin əsasını təşkil edir.

Bunu Trend-ə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

O qeyd edib ki, İkinci Qarabağ Müharibəsi zamanı erməni işğalçıları, onların siyasi rəhbərləri müharibəyə dini çalar verməyə cəhd etdilər.

"Onlar bunu müsəlmən-xristian qarşıdurması kimi dünyaya təqdim etməyə çalışdılar. Qərb ölkələrindən dəstək almaq üçün belə bir yola əl atdılar. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin dünya ictimaiyyətini, aparıcı kütləvi informasiya vasitələrini məlumatlandırması, həmçinin, ölkəmizdə dinlər arasında həmrəyliyin olması ermənilərin bu hərəkətini iflasa uğratdı. Hazırda dünyada mənəvi böhranın olması fikirləri səsləndirilir. Belə bir dövrdə Azərbaycanın yaratdığı bu həmrəylik strategiyası bu böhran üçün bir yol xəritəsi ola bilər", - deyə o bildirib.