Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Açıqlama
17.02.2023 / Açıqlama

Sədr müavini Gündüz İsmayılov: “Qadın dini ayinlərin icraçısı vəzifəsi üzrə müsahibədən 16 nəfər uğurla keçib”

“İslam dininə aid ibarət yerlərinə qadınlar üçün 7 vakant yer ayrılıb. Qadınlar üçün ayrılan vakansiyalar Bakıda, Sumqayıtda, Lənkəranda, Şəkidə, Qubada, Zaqatalada və Gəncədə olan məscidlərdir. Qadınlar üçün 7 vakansiya üzrə 71 namizədin sənədi qəbul edilib. Onlardan 16 nəfər müsahibədən uğurla keçib. Qaydalara uyğun olaraq, vakant vəzifələrə müsahibə bitdikdən sonra 30 iş günü ərzində təyinat aparılacaq. Müsahibədən uğurla keçən, lakin təyinat almayan şəxslər isə ehtiyat kadr siyahısına əlavə olunacaq. Onlar iki il ərzində məscidlərə təyinat ala bilərlər.” Bu sözləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov söyləyib.

O qeyd edib ki, fevralın 16-dan başlayan imam və imam müavinləri üçün müsahibədə 183 nəfərin iştirakı nəzərdə tutulub. Buraya 37 vakansiya daxildir. Bu vakansiyalar isə respublikanın demək olar bütün bölgələrini əhatə edir. Proses fevralın 24-dək davam edəcək.

(AZƏRTAC)