Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Açıqlama
18.11.2015 / Açıqlama

Mübariz Qurbanlı: "Molla, axund və imamların fəaliyyətinin lisenziyalaşdırılması gündəmdə deyil"

Azərbaycanda molla, axund və imamların fəaliyyətinin lisenziyalaşdırılması gündəmdə deyil. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ANS PRESS-ə açıqlamasında bildirib ki, Azərbaycanda molla, axund və imamlar üçün mütəmadi olaraq kurslar təşkil olunur, mühazirələr oxunur, onların fəaliyyətinə nəzarət edilir, buna görə də onların fəaliyyəti üçün əlavə lisenziyaya ehtiyac yoxdur. “Molla, axund və imamlar Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilir. İdarənin ümumi qaydalarına uyğun olaraq yalnız dini təhsili, dini ayinləri icra etmək qabiliyyəti olan və Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi imtahandan keçən molla, axund və imamlar fəaliyyət göstərə bilər”. Komitə sədri bildirib ki, bu cür qaydalar “Dini etiqad azadlığı haqqında” Qanunda və digər qanunlarda nəzərdə tutulmur.