Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Açıqlama
13.11.2015 / Açıqlama

Mübariz Qurbanlı: "Məişət zorakılığına bütün dinlərin münasibəti mənfidir"

"Məişət zorakılığı məsələsində xalqların adət-ənənələri mühüm rola malikdir. Məişət zorakılığına bütün dinlərin münasibəti mənfidir".
Salamposts-un  məlumatına görə, bunu Məişət zorakılığı sahəsində beynəlxalq konfransda çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Komitə sədri bildirib ki, Bibliyada, İncildə, Tövratda və Quranda qadın zorakılığı qəbul edilmir: "Hətta "Əl-Bəqərə" surəsinin 256-cı ayəsində də zorakılıq pislənir. İslam dini qadınlara xüsusi önəm verir. Azərbaycanda məişət zorakılığının kökü yoxdur. Bizdə daim qadınlara, qızlara tolerant yanaşılıb. Hətta, Azərbaycan Xalq Cumhuriyyətinin dövründə də Şərqdə ilk dəfə qadınlara seçki hüququ verilib".
Komitə rəhbəri bildirib: "Biz bu sahədə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə çalışırıq. Məişət zorakılığının aradan qaldırılması istiqamətində Heydər Əliyev Fondunun, Mehriban xanım Əliyevanın böyük rolu var".