"Azərbaycan ənənəvi tolerant ölkədir. Azərbaycanda heç vaxt dini zəmində münaqişələr olmayıb. Burada yaşayan digər xalqlara qarşı hörmətlə yanaşılıb. Tarixə baxdıqda görərik ki, burada yaşayan başqa xalqlar həmişə dözümlü yaşayıblar".
Salamposts–un məlumatına görə, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Bakıda keçirilən "Dini və milli tolerantlıq-millətlərarası münasibətlərin inkişaf etdirilməsində medianın rolu" Beynəlxalq Forumda çıxışı zamanı bildirib.
Komitə sədri deyib ki, Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir:"Azərbaycanın tolerantlıq təcrübəsi digər ölkələrə nümunə göstərilirsə və öyrənilməsinin vacibliyi qeyd olunursa, bu dövlətimizin uğurlu siyasətinin göstəricisidir. Belə ki, Azərbaycanda tolerantlıq dövlət siyasəti səviyyəsində aparılır".