Azərbaycanda bəzi şəxslər dindən istifadə edib aranı qarışdırmağa cəhd edirlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının sözlərinə görə, həmin şəxslər ölkədə mühüm kampaniyalar zamanı aktivləşməyə cəhd etsələr də, mümkün olmayıb: "Biz daim dövlətimiz və dövlətçiliyimiz üçün çalışmışıq və aranı qarışdırmaq istəyənlərə qarşı mübarizə aparırıq. Heç kim məscidi siyasət meydanına çevirə bilməz. Buna imkan verməyəcəyik. Məscidlər namaz qılmaq, Allaha ibadət etmək üçündür".
ikisahil.az