Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Açıqlama
07.07.2015 / Açıqlama

Mübariz Qurbanlı: “Fəaliyyətdə olan bəzi məscidlərdə nə Komitənin qeydə aldığı dini icma, nə də QMİ-nin təyin etdiyi dini xadim var”

Komitə sədri Mübariz Qurbanlı APA-ya açıqlamasında bildirib ki, Azərbaycanda bəzi məscidlərdə nə Komitənin qeydə aldığı dini icma, nə də QMİ-nin təyin etdiyi imam və ya axund var: “Bu, əlbəttə anormal haldır. O məscidlərdə ibadət gedir, ibadətə rəhbərlik edən də var. Amma o rəhbəri nə QMİ təyin edib, nə də Komitədə icma kimi qeydiyyatdan keçiblər. Azərbaycanda kim istəsə evində, hardasa ibadət edə bilər. Məsciddə də sərbəst ibadət etmək olar. Amma məscid rəsmi idarə olunmalıdır, qeydiyyat olmalıdır. Bu problemlərin aradan qaldırılması üçün işlər gedir. Bu fəaliyyətlər qanuniləşdirilməlidir. Biz QMİ ilə birgə bu işləri həll edirik”.
M. Qurbanlı onu da deyib ki, Zaqataladakı Car kənd məscidi ilə bağlı problem də diqqətindədir və araşdırılacaq.