Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Açıqlama
17.11.2023 / Açıqlama

Mübariz Qurbanlı: Azərbaycanın milli-mənəvi dəyərlərini gələcək nəsillərə çatdırmaq üçün fəaliyyət göstəririk

Azərbaycanın milli-mənəvi dəyərlərini gələcək nəsillərə çatdırmaq istiqamətində fəaliyyət göstəririk ki, bu dəyərlər mütləq yaşasın. Buraya dilimiz, dinimiz, adət-ənənələrimiz, ailə dəyərlərimiz, o cümlədən müstəqil Azərbaycanın Bayrağı, Gerbi, Himni aiddir.

AZƏRTAC xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 16-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfransda deyib.

O bildirib ki, bu dəyərlər hamı üçün eynidir. Tarix boyu xalqımızın inkişafına, tərəqqisinə töhfələr verən şəxsiyyətlərimiz olub. Onlar da bizim üçün dəyərlərdir. Biz də həmin dəyərləri daim qoruyub saxlamalıyıq. Ulu Öndər Heydər Əliyev bizim üçün çox böyük dəyər, irs qoyub. Dövlət müstəqilliyimizin bərpası, dəyərlərimizin yaşadılması və inkişaf etdirilməsi baxımından onun xidmətləri əvəzsizdir. Ümummilli Lider Heydər Əliyev irsi də bizim üçün dəyərdir.