Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycandan İŞİD-ə pul göndərildiyinə dair Rusiyanın “İzvestiya” qəzetinin iddiasına münasibət bildirib.
Komitə sədri açıqlamasında yayılan xəbərləri təkzib edərək Azərbaycandan hər hansı terror qruplaşmasına pul göndərilmədiyini deyib.
“Rusiya mətbuatında yayılan xəbərlərin heç bir əsası yoxdur. Azərbaycandan İŞİD-ə pul göndərildiyinə dair ortada konkret fakt yoxdur”.
Qeyd edək ki, Rusiyanın “İzvestiya” qəzeti İŞİD terror qruplaşmasına maliyyə dəstəyi verən ölkələrlə bağlı ilginc məlumat yayıb.Qəzetin iddiasına görə, dünyanın 40-a yaxın ölkəsindən terror qruplaşmasının hesabına pul köçürülür. Sözügedən məlumatda Azərbaycanın da adı qeyd edilir. Bildirilir ki, ölkəmizdən də İŞİD-ə maliyyə dəstəyi verilir. İddia edilib ki, MDB ölkələrindən ilk pillədə Qazaxıstan, ikinci pillədə Azərbaycan, üçüncü yer də isə Türkmənistan gəlir.