“Ümumiyyətlə ibadət evinin, məscidin bombalanması, təcavüzə məruz qalması Ermənistan dövlətinin xislətini bir daha əyani şəkildə göstərir”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov SİA-nın əməkdaşının sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə bunun şahidi olub: “Belə ki, Şuşadakı, Ağdamdakı məscidləri ermənilər nəinki dağıtmışlar, eyni zamanda həmin məscidlərdən başqa məqsədlər üçün istifadə edirlər. Hətta həmin məscidlərdə mal-qara saxlanılır. Bu, Ermənistan dövlətinin mahiyyətini, erməni xislətini, erməni təcavüzünü bir daha açıq-aydın göstərir. Sonuncu hadisələr zamanı da Ağdamda məscidin bombalanması bir daha onu göstərdi ki, Ermənistanın təcavüzü təkcə Azərbaycan dövlətinə, xalqına, torpaqlarımıza qarşı deyil, eyni zamanda xalqımızın mənəvi dəyərlərinə, ibadət evlərinə qarşı yönəlib.
Məscidin təmiri məsələsinə gəlincə isə sədr müavini deyib ki, bu istiqamətdə işlər gedir: “Heç kimin şübhəsi olmasın ki,erməni təcavüzünün qurbanı olmuş, eyni zamanda sonuncu hadisələr zamanı dağılmış ibadət evlərimizin hamısı bərpa olunacaq və isifadəyə veriləcək”.