Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Açıqlama
24.05.2022 / Açıqlama

Dövlət Komitəsində mətbuat konfransı keçirilib

Mayın 24-də “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda edilən müvafiq dəyişikliklərə uyğun olaraq din xadimlərinin təyinatı ilə bağlı yeni qaydalar ictimaiyyətə təqdim olunub.  

Mətbuat konfransında iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Dövlət Komitəsi tərəfindən 24 may 2022-ci il tarixində “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na uyğun olaraq 39 vakant vəzifənin tutulması üçün elan olunan müsahibə barədə ətraflı məlumat verib. Sədr müavini, eyni zamanda İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması və attestasiyası üzrə proqram, namizədlərə aid tələblər, o cümlədən Müsahibə Komissiyasının üzvləri haqqında jurnalistlərin suallarını cavablandırıb.