Şriftin ölçüsü:
Saytın rəngi:
Bakı buxtasında yerləşən qədim Bibiheybət məscidi XIII əsrə aiddir. O, on üçüncü yüzillikdə Şirvanşah Fərruxzad tərəfindən tikilib və Sovet hakimiyyəti dövründə dağıdılıb. Sonra məscid bərpa olunub.
2005 - ci ildə Azərbaycan prezidentinin sərəncamına əsasən, kompleksin genişləndirilməsinə və yenidən qurulmasına başlanıb. Ziyarətçilərin rahalığı üçün məscidə tikililər əlavə olunub.
Azərbaycan prezidenti İlham Əliyev 2008-ci il iyulun 12-də yenidən qurulmuş Bibiheybət kompleksinin açılış mərasimində iştirak edib.