Şriftin ölçüsü:

Saytın rəngi:

Dini abidələr / 

Sinaqoqlar
16.04.2018 / Sinaqoqlar

“Yuxarı məhəllə” sinaqoqu

Ünvan: Oğuz şəhəri, Arzu Əliyeva küçəsi

Yuxarı məhəllə sinaqoqu 1897-ci ildə Ravvin Baruxun köməkliyi və başçılığı ilə tikilmişdir. Sovet dövründə digər ibadət ocaqları kimi bu sinaqoq da bağlanmış və daha sonra anbar kimi istifadə olunmuşdur.

2004-cü ilin oktyabr ayında sinaqoq Oğuzda yaşayan yerli yəhudilər tərəfindən təmir olunmağa başlanmış və 2006-cı ildə təmir başa çatmışdır.

Sinaqoq hazırda ibadətgah kimi istifadə olunur, həftənin cümə və şənbə günləri yəhudilər burada sərbəst ibadət edirlər.